Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





3-cü Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisi

16-18 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində su texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərin nümayişi üzrə Xəzər regionunun yeganə ixtisaslaşmış tədbiri olan 3-cü Xəzər Beynəlxalq Su texnologiyaları “CATEC” 2016 sərgisi keçiriləcək. Sözügedən sərgi Azərbaycan Respublikasının milli su operatoru “AZƏRSU” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə təşkil olunacaq. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Hal-hazırda, Azərbaycanda su təchizatının təmin edilməsi, eləcə də sutəmizləmə laboratoriyalarının yaradılması istiqamətində yeni irimiqyaslı layihələrin icrası və planlaşdırılması fəal şəkildə həyata keçirilir. Bu baxımdan, artıq reallaşdırılmış layihələr arasında Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi, Samur-Abşeron kanalının rekonstruksiyası, eləcə də Ceyranbatan gölünün təmizlənməsi üzrə işləri qeyd etmək olar. Bu isə hazırkı sərginin keçirilməsini daha da aktuallaşdırır, belə ki, sərgi çərçivəsində təqdim olunan innovasiyalar sonradan su texnologiyaları sahəsində tətbiq olunur və bu sahənin modernləşdirilməsini təmin edir. Həmçinin, sərgi çərçivəsində qurulmuş əlaqələr bu sahədə mövcud olan beynəlxalq əməkdaşlığı genişləndirərək daha da möhkəmləndirir.

Bu il “CATEC” sərgisində su ehtiyatlarından səmərəli istifadə, su ehtiyatlarının bərpası və mühafizəsi üçün avadanlıq və xidmətlər, eləcə də su təchizatı sistemləri, çirkab və yağış sularının təmizlənməsi sistemləri, mikro-tunelləşdirmə, suyun təhlili üçün ölçmə və tənzimləmə texnologiyaları, habelə nasoslar, borular, nasos sistemləri, hidrantlar, boru kəməri sistemlərinin tikintisi və istismarı, o cümlədən su təchizatı və kanalizasiya sahələrində mövcud olan digər ən son texnologiyalar təqdim olunacaq.

“CATEC” 2016 sərgisində su texnologiyalar sahəsində Azərbaycan, Almaniya, Danimarka, Türkiyə və digər ölkələri təmsil edən aparıcı şirkətlər, eləcə də inşaat şirkətlərinin iştirakı gözlənilir. Bu baxımdan, sərgi iştirakçıları arasında “Azertexnolayn” MMC, “AKKORD”, “ASPIPE”, “Bortek Boru ve Tesisat Teknolojileri”, “Dikkan Dis Ticaret a.s.”, “Kanex Krohne Anlagen Export”, “Polymart”, Sumqayıt Texnologiyalar Parkı və digər bu kimi şirkətləri qeyd etmək olar.

“CATEC” 2016 sərgisi su təchizatı və kanalizasiya, çirkab və yağış sularının təmizlənməsi eləcə də boru kəməri mühəndisliyi üzrə ən son texnologiyaların tətbiqi sahəsində beynəlxalq əməkdaşlığın inkişafını və təcrübə mübadiləsini təmin etmək üçün nəzərdə tutulub. İştirakçılar üçün isə bu sərgi, tərəfdaşlıq əlaqələrini genişləndirmək və yeni işgüzar əlaqələr qurmaq baxımından əla imkandır. “CATEC” sərgisinin keçirilməsi qabaqcıl sənaye texnologiyalarının səmərəli şəkildə nümayiş etdirilməsinə imkan yaratmaqla yanaşı, su təchizatı sektoru üçün də bir çox baxımdan faydalıdır.



DƏSTƏK

RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
Baş xəbərlər
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  20/09/2017 21/09/2017
USD 1.7007 1.7007
EUR 2.0421 2.0209
GBP 2.2982 2.2939
RUR 0.0293 0.0292
HAVA



CATEC is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek